
20 yaşlı avstraliyalı atlet Mişel Jennekenin yarışdan əvvəl etdiyi isinmə hərəkətləri internetdə fenomenə çevrilib.
Qaynar.info xəbər verir ki, seksual atletin yarışdan əvvəl etdiyi hərəkətlər Youtube portalında izlənmə rekordu qırıb.
İdmançının videosu 23 milyondan çox izlənilib.
Jennekenin özü isə mətbuata verdiyi açıqlamasında bu qədər diqqət çəkdiyini hiss etmir: "Mənim fanatlarımla münasibətlərim əsasən Facebook, İnstaqram və Tvitter üzərində qurulur. Dolayısı ilə bu diqqət mənə təsir etmir".
Qaynar.info