Xəbər lenti

İƏT fövqəladə iclas keçirir: Fələstinə sülhməramlı qüvvələr göndərilməsi təklif olunur
Dünya07:35 19.05.2018

İƏT fövqəladə iclas keçirir: Fələstinə sülhməramlı qüvvələr göndərilməsi təklif olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İstanbulda fövqəladə iclas keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, iki gün davam edən iclasda Fələstin məsələsi müzakirə ediləcək. İslasın ilk günündə İsrailin apardığı Qəzzada güc tətbiqi pislənilib, eyni zamanda Fələstin xalqını qorumaq üçün bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi çağırışı edilib.
Qeyd edək ki, Qəzza zolağında son günlər baş verən toqquşmalarda 60-dan çox fələstinli həlak olub, 3000-dən ox insan yaralanıb.