Dünya 11:04 07.12.2022

İHŞ üzvlərinə Putinlə görüşdə bəzi mövzularda danışmaq yasaq edilib? - Peskov

Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü İnsan Haqları Şurası (İHŞ)  üzvləri ilə görüşündə qadağan olunmuş mövzular yoxdur və ola da bilməz. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, mövzular üçün "stop siyahısı” ola bilməz.

Peskov qeyd edib ki, iclasın bütün iştirakçılarına çıxış etmək imkanı veriləcək. Bununla belə, Şuranın üzvü olan rejissor Aleksandr Sokurovun da çıxış edib-etməyəcəyi bəlli deyil.

Tədbirin açıqlıq səviyyəsindən danışan Peskov qeyd edib ki, ənənəvi olaraq söhbətin müəyyən hissəsi mətbuatsız baş verir, lakin sonra onu da dərc etmək olar.

Xatırladaq ki, bu, Putinin Şuranın yenilənmiş tərkibi ilə ilk görüşü olacaq. Bir qədər əvvəl Şuraya 10 yeni üzv daxil edilib. Çıxarılan şəxslər arasında jurnalistlər Yekaterina Vinokurova, İvan Zasurski, Nikolay Svanidze də var.

Alpər