Xəbər lenti

II Elizabet taxtdan gedir: Çarlz kral olur
Dünya17:34 31.10.2018

II Elizabet taxtdan gedir: Çarlz kral olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uels şahzadəsi Çarlz ildən sonra Böyük Britaniya taxtına çıxa bilər.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, kraliça II Elizabet tacını böyük oğluna verməyi planlaşdırır. 
Bu barədə "Daily Mirror” qəzeti "Charles at 70: Thoughts, Hopes And Dreams” (Çarlz 70 yaşında: Düşüncələr, ümidlər və arzular) kitabına istinadla yazıb.
Bildirilir ki, II Elizabet 95 yaşında dövlət işlərindən uzaqlaşmağı planlaşdırır. O, vəliəhd şahzadəni naib təyin etmək istəyir. Beləliklə Çarlz, sözün əsl mənasında, kral ola bilər. Lakin II Elizabet formal olaraq ömrünün sonuna qədər öz xalqına xidmət edəcək.
Qeyd edək ki, Böyük Britaniya qanunlarına əsasən, kral naibi 21 yaşdan yuxarı krallıq vətəndaşı olmalı və ölkə ərazisində yaşamalıdır. II Elizabet 1952-ci ildə 25 yaşında monarx hüququna yiyələnib. O, 2015-ci ilin sentyabrında kraliça Viktoriyanın hakimiyyətdə qalma rekordunu yeniləyib. 2016-cı il oktyabrın 13-də Tailand kralı Pumipon Adulyadet vəfat etdikdən sonra hazırda sağ olan krallar arasında uzun müddət taxtda qalan monarx titulunu qazanmış II Elizabet 2018-ci il aprelin 21-də 92 yaşını qeyd edib.