İŞİD terror təşkilatı Çempionlar Liqasının 1/4 final mərhələsində futbol oyunları zamanı terror aktları törətməklə hədələyir.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "Marca" və "Onda Cero” qəzetləri məlumat yayıb.
Nəşrlərin məlumatına görə, terror qruplaşmasına aid olan "Əl-Əzaim” media mərkəzi təhdidlərin yer aldığı plakat yerləşdirib. Plakatda dörd stadionunun adı açıqlanır və "hamısı öldürülməli" ifadəsi yer alıb. Artıq Madridə mümkün terror aktı barədə məlumat verilib. İspaniyada baş tutacaq hər iki oyunun cədvəl üzrə keçirilməsinin planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları çərşənbə axşamı və çərşənbə günləri İngiltərənin "Emirates”, Parisin "Parc des Princes”, Madridin "Civitas Metropolitano” və "Santiaqo Bernabeu" stadionlarında keçiriləcək. "Arsenal" - "Bavariya" matçı çərşənbə axşamı Londonda baş tutacaq. "Real Madrid" də doğma meydanda "Mançester Siti" ilə qarşılaşacaq. Çərşənbə günü, aprelin 10-da Madrid "Atletiko”su İspaniyanın paytaxtında "Borussiya Dortmund”, "Barselona” isə Parisdə PSJ ilə qarşılaşacaq. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Nizami Bağırov
Şərhlər