Xəbər lenti

İŞİD-in Suriyadakı lideri öldürüldü
Dünya14:40 12.07.2022

İŞİD-in Suriyadakı lideri öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Suriyada İŞİD liderini hava hücumu nəticəsində məhv edib.
Qaynarınfo bu barədə NBC-ə istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı İŞİD-in Suriyadakı lideri Mahir əl-Aqal və onun müavini hədəf alınıb. İŞİD liderinin həlak olması təsdiqlənib, lakin onun müavininin ölüb-ölmədiyi məlum deyil.
ABŞ Mərkəzi Komandanlığının qərargahı CENTCOM da bu gün öz "Twitter" hesabında bu barədə yazıb: "Suriyanın şimal-qərbində ABŞ Mərkəzi Komandanlığına tabe olan qüvvələrin raket hücumları iki yüksək rütbəli İŞİD rəsmisini hədəf alıb. CENTCOM-un məlumatına görə, Mahir əl-Aqal öldürülüb, müavini isə yaralanıb.
M.Arif