Böyük Britaniya kralı III Karlın tacqoyma mərasimi 6 may 2023-cü il, şənbə günü Kanterberi arxiyepiskopu tərəfindən Londondakı Vestminster abbatlığında keçiriləcək.
Qaynarinfo bu barədə Britaniya tacının "Twitter" səhifəsinə istinadən
xəbər verir .
Protokola əsasən, mərasim zamanı kral III Kral kraliça ilə birlikdə tac taxacaq. Ənənəvi olaraq Böyük Britaniyada tacqoyma gününün istirahət günü elan edilməsi planlaşdırılır.
Xatırladaq ki, sentyabrın 8-də kraliça II Yelizaveta 96 yaşında vəfat edib. Ölümünə qədər o, Böyük Britaniya və Birlik ölkələrinin monarxı kimi xidmət edib.
Nizami Bağırov