Xəbər lenti

Çikaqoda qanlı həftə sonu: 14 ölü, 90 yaralı
Dünya08:25 23.06.2020

Çikaqoda qanlı həftə sonu: 14 ölü, 90 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Çikaqo şəhərində həftə sonu 104 silahlı insident yaşanıb, 14 nəfər ölüb, 90 nəfər isə yaralanıb.
Qaynarinfo "Chicago Sun-Times" nəşrinə istinadən xəbər verir ki, ölənlərdən 5-nin azyaşlı olduğu bildirilir. Çikaqonun müasir tarixində "ən ölümcül ikinci həftə sonu" adlandırılan silahlı hücumda avtomobildə atası ilə gedərkən öldürülən 3 yaşlı uşaq da olub.
Xəbərdə həmçinin 3 həftə öncə qaradərili Corc Floydun öldürülməsi səbəbindən baş vermiş iğtişaşlarda isə 24 nəfərin həyatını itirdiyi və 61 nəfərin yaralandığı da qeyd olunub.
Camal