Xəbər lenti

İki dahini üz-üzə qoyan qadın: O, Amerikanın imtina etdiyi “kommunistə” sahib çıxdı
Dünya11:56 19.04.2017

İki dahini üz-üzə qoyan qadın: O, Amerikanın imtina etdiyi “kommunistə” sahib çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Selincer 1941-ci ildə Una Onillə görüşməyə başladı. Yazıçı 17 yaşlı qıza məktublar yazırdı.Lakin qarşısında dövrünün məşhur aktyoru Çarli Çaplin vardı.Bu vaxt 21 yaşlı Selincer o qədər populyar deyildi, sadəcə dövrü mətbuatda bir neçə novellası dərc olunmuşdu. Çaplin isə Hollivudu zəbt etmişdi.Una məşhur irland yazıçı Yucin Onilin qızı idi.Lakin atası ondan imtina etmişdi.Müəyyən dövrlərdə Unaya məktublar yazsa da 14 yaşından gecə həyatını seçib gecə klubları və barlarında əylənən Unanın bu hərəkətindən narazı idi.Amma bütün narazılıqlara baxmayaraq, Una “bar qızı” kimi məşhurlaşmışdı və mətbuatın gündəmindən düşmürdü.

Selincerlə Unanın tanışlığı da gecə barlarından birindən başlayırdı.Həmin dönəmdə qızın 14, gələcək dahinin isə 21 yaşı vardı.Lakin bu sevgi Selincerin İkinci Dünya Müharibəsində Amerika ordusuna yazılması və Unanın Çaplinlə tanışlığıyla problemə çevrildi.Fransız yazıçı Frederik Beqbederə görə həmin dönəmdə o qədər də məşhur olmayan Selincer Unanı unutmaq və özünü ona göstərmək üçün müharibəyə getmişdi.Lakin müharibənin dramatik və ağır mənzərələrini görən yazıçı Unanı unutmağa çalışdı. O, ağır psixoloji böhranın içinə düşmüşdü və bu, onu qovuşması mümkünsüz kimi baxdığı Unanın təqibindən azad etməyə başladı.

Gizlədilən məktublar

1942-ci ildə ABŞ-ın dünya müharibəsinə qoşulmasında bir neçə ay sonra - həmin dönəm Una ilə Selincerin münasibətlərinin soyumasına təsadüf edirdi, o, ordu sıralarına yazıldı.Bir müddətlik təlimlərdən sonra hərbi hava qüvvələri sıralarında çavuş rütbəsinədək yüksəldi.Piyada alayında müharibənin ən çirkin üzünü gördü. Normandiya düşərgəsində olarkən yazıçı Ernest Heminqueylə tanış oldu. Sonrakı ildə alman əsirlərin dindirildiyi departamentdə vəzifə aldı.Müharibə bitəndə depressiyaya düşmüşdü, mənəvi çöküntü içindəydi.Heminqueyə məktublarında bir xəstəxanada uzun müddət müalicə aldığını yazmışdı.Həmin dönəmdə Unaya cavabını almadığı sonuncu məktubunu da yazdı.Unanın Selincerə yazdığı məktublar və yazıçıdan aldığı cavab məktubları bu gün İsveçrədə yaşayan ailəsi tərəfindən gizli saxlanılır.Beqbeder yazdığı “Una və Selincer” romanı üçün məktubları əldə etməyə çalışsa da səyləri nəticəsiz qaldı.Romanı da tarixi faktlar istisna olmaqla böyük hissəsini, xüsusilə, məktublaşma hissəsini öz təxəyyülü əsasında qələmə aldı.

Una və Selincer

İkinci Dünya Müharibəsinin başladığı illərdə Selincer dostlarıyla birlikdə keçirdiyi yay tətilində tanış olduğu Una ONilə qarşı özünün də bilmədiyi hisslər yaşayırdı. “Nobel” və “Pulitzer” mükafatlı yazıçı Yucin Onilin və Nyu-York aristokratiyasının tanınmış adlarından Aqnes Boltonun qızı olan Una sahib olduğu təkrarsız gözəlliyi ilə kişiləri öz köləsinə çevirmişdi.Atası Yucin Una hələ iki yaşında ikən ailəsini tərk edib qızını anası, Nyu-York aristokratiyası və şəhərin gecə barlarının ümidinə buraxmışdı.Selincer və Unanın ortaq dostu Elizabet Murri bu qadın üçün “boş bir qız idi, amma gözəlliyi çox cəlbedici idi”, demişdi.Selincer təhqir etdiyi, hətta, nifrət etdiyi qızlardan olmasına baxmayaraq, Unaya qarşı hiss etdiyi hisslərini gizlədə bilmirdi.Bəlkə də buna görə ona dəlicəsinə aşiq olmuşdu.Amma Selincerin bu hissləri cavabsız qalmamışdı, qısa vaxtdan sonra Unayla böyük sevgiyə doğru ilk addımlarını atdılar.Amma Selincer bu sevginin dayaz olduğunu düşünürdü və onunla paylaşacağı çox dərin hisslərinin olmadığını özü də bilirdi.Unanın ziddiyyətli davranışı da uzaqlaşdırırdı, amma dünyagörüş və çevrə fərqi onları biri-birlərindən uzaqlaşdırsa da aralarındakı sevgi birləşdirici idi.Əslində 14 yaşlı Una özündən 6 yaş böyük olan Selincerin özündən böyük görünən dünyagörüşünə vurulmuşdu.

Dostlarına məktublarında uşaq hərəkətlərinə, istəklərinə, münasibətlərindəki ziddiyyətlərə görə “Kiçik Una”nın anasını günahlandırırdı. Birlikdə uzun zaman vaxt keçirdikcə Nyu-Yorkun özündənrazı gəncliyinin şıltaq qızının istəklərinə baş əymək məcburiyyətində qaldı.Selincerin Unaya etdiyi güzəşt özündən böyük idi.Şəxsi həyatı da bədii yaradıcılığı kimi enişli-yoxuşlu olan Selincer bu vəziyyətdən narazı olsa da Elizabet Murriyə onun üçün dəli olduğunu etiraf etmişdi. Selincer ona qarşı hiss etdiyi sevginin xətrinə Unanın dəbdəbəli istəklərinə dözürdü, cibdən yoxsul olsa da bahalı restoranlarda yemək yeyirdilər, göz qamaşdıran klublarda, kübar cəmiyyətin məşhurlarının olduğu məkanlarda özünü əzib kokteyl, içki içirdilər. Una Selincerin dostlarının dediyi kimi dayaz xarakterli, dəbdəbə və zənginlik marağında olan bir qız idi.Amma Selincer onu belə görmək istəmirdi, ordu sıralarında qoşulanadək heç vaxt bu istəklərini qəbul etmədi.

Çəkilməyən film

Dünya müharibəsi başladı.Yaponiyanın Perl Harbora hücum etməsiylə Amerika savaşa qatılmaq məcburiyyətində qaldı, sosial tarazılıq tamamilə dəyişmişdi. Prezident Ruzveltin hər kəsin məcburi savaşa qatılması əmrini verməsindən sonra Selincer müharibəyə getmək qərarı verdi. Ürəkçatışmazlığına görə hərbi xidmətə yararsız idi, amma o təkid etdi.Xidmətdə olarkən Unayla məktublaşmağa başlayan Selincer onda baş verən dəyişiklikləri hiss edirdi. Una məktublara ya gec cavab verir, ya da yazmırdı.Yazdıqlarının hamısında daş soyuqluğu vardı.Sonra Unadan gələn xəbərlərin sayı azalmağa başladı.Unanın gözlənilməz çevrilişinin səbəbini qəzetdən oxudu. Qəzetin yeni il nömrəsində Unanın məşhur aktyor Çarli Çaplinlə olan sevgi münasibətlərindən bəhs edən məqalə vardı.

Selincerə də məlum idi ki, Unanın ən böyük arzusu Hollivud ulduzu olmaq idi.Anasıyla birlikdə Hollivuda getdi və burada Çarli Çaplinin “Kölgə və cisim” adlı filminə aktrisa axtardığını eşidən Una seçmə mərhələyə qatılır və oyunçuluq dərsi alır. Bu film isə heç vaxt çəkilmədi və Una Hollivud ulduzu ola bilmədi. Lakin Unanın Hollivuda gəlişi Selincerin taleyinə təsir etdi.Çünki Una kariyerasını Çaplinə dəyişmişdi.Selincer sevgilisinin 55 yaşlı Çarli Çaplini - əfsanəvi Şarlonu seçməsini qəbul edə bilmədi.Həyatının ən böyük faciəsi olaraq gördüyü bu vəziyyətdən bir müddət yaxa qurtara bilməyən Selincer bu haqda danışmaqdan imtina etdi.Yazıçı vəziyyətin bu nöqtəyə çatmasına görə yenə də Aqnesi günahlandırdı.Atası Çaplinlə evliliyinə görə Unadan imtina etdi.Müharibədən sonra məşhur yazıçı ilə aktyoru üz-üzə gətirən və bir qadının iştirak etdiyi böyük məhəbbət mətbuatın gündəmindən düşmədi. Bu vaxta qədər pediofil kimi tanınan Çarli Çaplin bütün dedi-qodulara baxmayaraq, 1943-cü ildə özündən 34 yaş kiçik, 17 yaşlı Una ilə evləndi. Özündən yaşca kiçik qadınlarla 4 evlilik yaşayan və nikahdankənar olduğu qadından bir övladının olmasına görə karyerası zədələnən Çarli Çaplinə qarşı mətbuatda kampaniya başlamışdı.Hətta kommunist ittihamıyla Amerikadan qovuldu.Cütlük həyatlarının sonunadək İsveçrədə yaşadı.Selincer isə Una haqqında danışmaqdan imtina etsə də dostlarına yazdığı məktublarında Çarli Çaplinə nifrət etdiyini deyirdi.

İki eyni yad

Una Nyu-York aristokratiyasının məşhur adlarından Aqnes Boltona ondan başqa heç kəsi sevməyəcəyini demişdi.Çaplinlə evliliyi də sevgi üzərində qurulmamışdı, bu, sadəcə gözü yüksəklərdə olan 17 yaşlı qız üçün məqsəd idi.Londonun yoxsul məhəllələrindən Hollivuda qədər uzanan Çaplinin dramatik həyatı hələ də ən çox danışılan hekayələrdən biridir. Çarli Çaplin, yaxud dünyanın tanıdığı adla Şarli 1889-cu ildə Londonda doğulub. Atası içki düşkünü, anası əqli cəhətdən zəif idi.Çarli 3 yaşında atasını itirdi.Anası buna döz bilmədi və sinir xəstəliyinə yoluxdu.Tək qalan Çarli qardaşı Sidlə birlikdə parklarda yatdı, zibil qutularından tapdıqları yeməkləri yedi və qardaşı ilə birlikdə uşaqlar evinə göndərildi.Bəlkə də elə bu dönəmdə o, bir də ağlamamaq üçün gülməyi, güldürməyi öyrəndi.

Pantomim və gülüşlərlə dolu öz dünyasına qapandı.İçindəki göz yaşlarını gülüş içində gizlədən bu adam yavaş-yavaş Londonun qeyri-peşəkar teatrlarında boy göstərməyə başladı, bu yol Hollivuda qədər uzandı. Çaplinlə Unanı birləşdirən də bu idi: içi kədər və göz yaşları dolu ailə dramı. Onlar biri-birilərinə bəlkə də yad deyildilər.Unanın da atası içki düşkünü idi, nənəsi və anası narkomandı.Parlaq zəkasıyla seçilən tələbə olan qardaşı İgen hamamda biləyini kəsərək intihar etmişdi.Digər qardaşı da intihar edən adi narkoman idi.Una bu dramatik ailənin taleyinə tərs təbiət idi, o yaşamaq istəyirdi.17 yaşında Hollivudu görəndə “ya ulduz olacağam, ya da bir ulduzla evlənəcəyəm,” demişdi.Çarli Çaplinlə də birinci arzusu həyata keçmədiyi və kirli ailə həyatını unutmaq üçün evləndi.Bu izdivacla bir anda Hollivuddan da yüksək zirvəyə yüksəldi.Bütün Amerikanın “kommunist” adlandırıb imtina etdiyi və milyonların sahibi olan Çarliyə həmin dönəmdə inanan yeganə insan da Una idi.Amma aktyorun azyaşlı qızlara marağı olan pediofil kimi ad çıxarmışdı.İlk evləndiyi həyat yoldaşı Mildred Harrisin 16 yaşı vardı.İkinci həyat yoldaşı Lita Qrey də eyni yaşdaydı.İddiaya görə, Lita ilə azyaşlı qızları yoldan çıxarmamaq qaydalarını yıxmaq üçün evlənib.Üçüncü həyat yoldaşı Paulette Qodard digəriləri qədər uşaq olmasa da bu evlilik də boşanmayla başa çatdı.

İsveçrədən uzaqda tənhalıq

Gənc və gözəl aktrisa Yoan Berri Unayla evlilikdən əvvəl Çarlinin uşağının atası olduğunu dedi. Lakin həkimlərin apardıqları qan testi bunun əksini ortaya qoydu.Çarli şəxsi həyatıyla bağlı dedi-qodulara son qoyduqca, özünü siyasi səhnəyə sürükləndiyini görürdü.İddia irəli sürüldü ki, SSRİ-nin bolşevik rejimi ilə gizli əlaqələri olan Çarli Çaplin kommunistdir. O, bu ittihamı rədd edərək “kommunist” yox, “humanist” olduğunu dedi. Amma Amerika artıq onu güldürən Şarlonu istəmirdi.İsveçrəyə getməyə məcbur olan cütlük burada 8 uşaq sahibi oldu. Zatən, kinodan uzaq düşmüş Çarlinin görəcəyi başqa işi də yox idi: Geraldina, Maykl, Jozefina, Viktoriya, İgen, Ceyn, Anette və Kristoper... 8 uşağın hamısını birləşdirən bir cizgi vardı: Unaya oxşarlığı...

Şarlonun Hollivuda girişi qadağan idi, amma digər ölkələrdə nümayiş edilən filmlərindən ildə 11 milyon dollar qazanırdı.İsveçrədə Genova yaxınlığındakı malikanədə yaşayırdılar.Selincer isə Una evləndikdən sonra onunla heç vaxt görüşmədi, buna cəhd də etmədi.Korniş meşəsindəki evinə qapanan yazıçı insanlarla bütün əlaqələri kəsmişdi.Arada bir pivə içmək üçün qəsəbəyə düşürdü.Qapısına gələnləri tüfəngiylə qovurdu.

Qaynar.Az