Xəbər lenti

İki hücumla 143 şəhər məhv ola, 98 milyon insan ölə bilər – Dəhşətli proqnoz
Dünya17:45 09.05.2018

İki hücumla 143 şəhər məhv ola, 98 milyon insan ölə bilər – Dəhşətli proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Corctaun Universitetinin professoru Metyu Kroeniq özünün yeni "Amerika strategiyasının məntiqi: Niyə strateji üstünlük?” adlı kitabında Rusiya tərəfindən endirilə biləcək hipotetik nüvə zərbəsinin nəticələrini qiymətləndirib.
Modern.az saytının məlumatına görə, ABŞ-ın hərbi sahə üzrə ixtisaslaşan "The National İnterest” nəşrində "Amerikaya tonlarla nüvə silahı lazımdır” başlıqlı məqalə yayımlanıb.
Məqalədə bildirilib ki, Rusiya ABŞ-a nüvə zərbəsi endirsə, bu hücumun gedişatında 131 şəhər məhv ediləcək və 70 milyon həlak olacaq. 
Professor Metyu Kroeniq qeyd edir ki, bu rəqəmlər ABŞ-ın da Rusiyaya adekvat cavab verə biləcəyini göstərir. 
Onun sözlərinə görə, Vaşinqtonun əks hücumu ilə Rusiyanın 12 şəhəri dağıdıla və 28 milyon insan ölə bilər. 
Mütəxəssis belə nəticəyə gəlib ki, ABŞ Rusiya təhlükəsinə qarşı özünün nüvə arsenalını qoruyub saxlamalıdır. 
"Əgər ABŞ-ın nüvə arsenalı daha güclü olacaqsa, nüvə müharibəsində də Vaşinqtonun itkiləri az olacaq” – Metyu Kreoinq bildirib.