Xəbər lenti

İki il ərzində Rusiya nə qədər Ukrayna torpağını ələ keçirə bilib?
Dünya 18:21 19.06.2025

İki il ərzində Rusiya nə qədər Ukrayna torpağını ələ keçirə bilib?

Son iki il ərzində Rusiya Ukraynanın cəmi 1% ərazisini ələ keçirə biliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Kiril Sazonov "Новости.Live” telekanalının efirində bildirib.

Ondan Almaniyanın "Welt” nəşrinin yayımladığı məlumatla bağlı münasibət soruşulub. Həmin xəbərdə iddia olunurdu ki, guya ruslar cəbhədə hər gün 15–20 km irəliləyirlər.

"Bu – cəfəngiyyatdır. Bu məlumatlar təkcə Rusiya təbliğatına deyil, birbaşa dövlət təbliğatına əsaslanır. Hətta ‘Z-hərb müxbirləri’ belə bu qədər nikbin deyil. O kilometrlərə gəlincə – birincisi, bu kvadrat kilometrlərdir. İkincisi, bəli, may ayında onlar bu il ərzində ən çox irəliləyiş əldə etdilər. Bu da bu il olandır”, – deyə Sazonov vurğulayıb.

Onun sözlərinə görə, statistik baxımdan Rusiya ordusunun ən böyük irəliləyişi müharibənin ilk aylarında, 2022-ci ildə olub. Həmin vaxt çoxlu ərazi işğal edilib və Ukraynanın bir ay içində dağılacağı düşünülüb. Lakin sonradan Kiyev vilayəti, Xarkov vilayəti, Xerson azad edilib, Kursk vilayətinə girilib.

"Son iki il ərzində Rusiya bütün səylərinə və yüz minlərlə itkiyə baxmayaraq, Ukraynanın cəmi 1% ərazisini ələ keçirib. Nağıllar çoxdur. Guya bu il Xarkovu alacaqlar... Bir ildən çoxdur ki, Çasov Yar şəhərini almağa çalışırlar – orada cəmi 10 min əhali var. Bir ildir Toretski almağa çalışırlar. 7 fevralda guya aldıqlarını dedilər – halbuki orada 35 min əhali yaşayır. Reallıq budur ki, bir dənə də olsun vilayət mərkəzini ələ keçirə bilməyiblər”, – deyə Sazonov bildirib.

Qeyd edək ki, "Welt” nəşrinin jurnalisti Kristof Şilts Rusiya-Ukrayna müharibəsinin mümkün üç senarisini təhlil edib və ən real senarinin "ampütasiya olunmuş Ukrayna” olduğunu iddia edib. Onun fikrincə, bu variantın ehtimalı təxminən 65% təşkil edir.

Bu senari Ukrayna üçün fəlakətli olsa da, digər tərəflər – xüsusilə də Rusiya üçün – müəyyən üstünlüklər verə bilər. Şilts hesab edir ki, belə vəziyyətdə döyüşlər uzun müddət davam edəcək və Qərbdən kifayət qədər dəstək almayan Ukrayna daha çox müdafiə vəziyyətində qalacaq.

Onun sözlərinə görə, bu fonda Rusiya tədricən yeni əraziləri ələ keçirməyə davam edəcək və bu il ərzində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu işğal edə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->