
Meksikada "Vanguardia" qəzetinin foto müxbiri 22 yaşlı Daniel Martinez Balzadua və 23 yaşlı Julian Zamora narkotika mafiyası tərəfindən vəhşicəsinə öldürülüb.
Qaynar.info-nun məlumatına görə, hər iki jurnalistin cəsədini parçalayan qatillər onların bədən üzvlərini küçəyə atıblar.
Bazaldua və Zamoranın cəsədlərinə aid parçalar Saltillo şəhərinin bir küçəsində tapılıb.
Polisin verdiyi məlumatda cinayətin Zetas narkotik mafiyası tərəfindən törədildiyi bildirilib. Mafiya cəsəd parçalarının içərisinə xəbərdarlıq məktubu da yerləşdirib. Öldürülənlərin mafiyanı tərk etdikləri üçün cəzalandırıldıqları ehtimal olunur.
Qaynar.info