Hindistan və Banqladeşi təsiri altına alan Amphan qaırğası səbəbindən sahil bölgələrində yaşayan 2 milyona yaxın insan təxliyə edilməyi gözləyir.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Benqal körfəzinə doğru irəliləyən qasırğanın son 20 ilin ən ölümcül qasırğası ola biləcəyi narahatlıq doğurur. Hindistan meteoroloqlarının hesablamalarına görə, dalğalar 5 metrə qədər yüksələ bilər. Koronavirus səbəbindən sürətinin saatda 185 kilometrə çatması gözlənilən qasırğaya qarşı görülməli olan tədbirlərdə ləngimə müşahidə edilir.
Qasırğa xəbərdarlığının edildiyi bölgələrdə böyük insan hərəkətliliyi müşahidə olunur. Buralarda çalışan və evlərinə piyada qayıdan çox sayda işçi epidemiya səbəbindən bir çox yerdə saxlanılaraq, müvəqqəti sığınacaqlara yerləşdirilirlər.
Camal