Vergilər Nazirliyi Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco”nun Azərbaycandakı nümayəndəliyini - "Aramco Overseas Company Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.
Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22, nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Almarri Husaindir.
Nazirlik Birləşmiş Ərəb Əmirliklərinin "Ethihad Airways PJSC” şirkətinin də Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.
Yeni filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 79B, qanuni təmsilçisi Seed Mohammad Ahmad Ali Ahmaddır.