Xəbər lenti

İki qardaş iki bacıya çevrildi - FOTOLAR
Dünya08:36 23.05.2016

İki qardaş iki bacıya çevrildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Eyni insanlarıq, sadəcə, zahirən fərqli olmuşuq. Doğulanda belə dünyaya gəlməliydik. Amma nə edək ki, kiçik səhvləri özümüz aradan qaldırmaq məcburiyyətində qaldıq".

İrlandiyanın paytaxtı Dublində yaşayan 23 yaşlı Ceymi və 20 yaşlı Hloya O-Hirlayhi indi bacılardır.

Lakin onların ikisi də əvvəl yeniyetmə oğlanlardılar. Ceymi və Deniel dünyaya kişi cinsinə mənsub insan kimi gəlmişdilər.

Qardaşlar uşaqlıq illərində qız olmaq istədiklərini deyirlər.

"Deniel hər gün mənə söyləyirdi ki, nə zaman qız olacağıq. Mən də bunu istəyirdim. Artıq qadınıq və buna çox sevinirəm", - əvvəl Deniel qardaşı, indiyə "Hloyanın bacısı" olan Ceymi söyləyib.

Qardaşlar bir neçə plastik cərrahiyyə və cinsi mənsubiyyətin korreksiyası əməliyyatlarına məruz qalaraq "qadın" olublar.

"Bacılar"a çevrilmiş qardaşların anası, 47 yaşlı Sara O-Hirlayhi övladlarının seçiminin qəribə və gözlənilməz olduğunu vurğulasa da, taleyi ilə barışdığını deyib: "Bu, onların seçimidir. Əsas məsələ odur ki, övladlarım özlərini yaxşı hiss etsinlər". (milli.az)

Qaynarinfo.az