Xəbər lenti

İki türk əsgəri şəhid oldu
Dünya06:03 19.11.2020

İki türk əsgəri şəhid oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Ordusunun iki əsgəri şəhid olub, biri isə yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalında həyata keçirilən Pəncə-Kaplan Əməliyyatı bölgəsində baş vermiş avtomobil qəzasında əsgərlərdən biri hadisə yerində dünyasını dəyişib, yaralanmış digər iki əsgər isə xəstəxanaya aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, yaralı əsgərlərdən biri də xəstəxanada keçinib.