Xəbər lenti

İkibaşlı oğlanın bir başını kəsib atdılar - FOTO
Dünya16:58 24.08.2013

İkibaşlı oğlanın bir başını kəsib atdılar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın Kəlküttə şəhərində həkimlər çətin əməliyyat həyata keçiriblər.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Tofəcəl adlı balaca oğlan doğularkən başına bitişik olan “parazit əkiz” lə doğulmuşdu. Həmin parazit təxminən 1 kiloqram ağırlığında olub. Bu paraziti uşaqdan ayırmaq üçün həkimlər 5 saatlıq əməliyyat keçiriblər. Əməliyyat uğurlu alınıb və bir neçə gün sonra uşaq evə buraxılıb.

Qeyd edək ki, həkimlər uşağa “anadan gəlmə beyin yırtığı” diaqnozu qoyublar. Bu nadir diaqnoza Cənub-şərqi Asiyada, 40-45 min uşaqda bir rast gəlinir. 

Qaynar.info