Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko ABŞ-ın Ukraynadakı səfirliyinin ikili vətəndaşlığı olan hərbçilərin ölkəni tərk etməsinə qadağa qoyulması ilə bağlı bəyanatını şərh edib.
Qaynarinfo xəbər verir ki, LIGA.net-ə verdiyi şərhdə o, müxtəlif mənbələrdə yayılan "ikili vətəndaşlığı olan ukraynalıların bundan sonra ölkədən kənara buraxılmayacağı” ifadəsini yanlış
adlandırıb.
"Bir daha qeyd edirəm ki, Ukraynada ikili vətəndaşlıq qadağandır”, - Demçenko bildirib.
Onun sözlərinə görə, əgər Ukrayna vətəndaşlarının başqa dövlətin pasportu varsa, onlar yenə də müstəsna olaraq Ukrayna vətəndaşı sayılırlar və onun milli hüquq və öhdəliklərinə tabedirlər.
Dövlət Sərhəd Xidmətinin nümayəndəsi qeyd edib ki, bu normalar əvvəllər də qüvvədə olub.
Demçenko onu da bildirib ki, sərhədçilər dəfələrlə pasport nəzarətində özlərini əcnəbi kimi göstərən ukraynalıları müəyyən ediblər. Onlar həmişə məsuliyyətə cəlb olunurlar.
"Eyni zamanda, onları Ukraynadan kənarda daimi yaşayan və sənədlərində daimi yaşamaq üçün xaricə səyahətin qeydiyyatı haqqında müvafiq işarələri və xarici diplomatik qurumda daimi konsulluq qeydiyyatı haqqında möhürü olan Ukrayna vətəndaşları ilə qarışdırılmamalıdır”, - Dövlət Sərhəd Xidmətinin spikeri qeyd edib.
Bundan əlavə, o əlavə edib ki, əvvəllər 18-60 yaş arası ikili vətəndaşlığı olan ukraynalı kişilər hərbi vəziyyət dövründə Ukraynadan kənara getmək imkanına malik olublar. Qanunvericilikdəki dəyişikliklərə görə, bu imkan məhdudlaşdırılıb.
İyunun 4-də ABŞ-ın Ukraynadakı səfirliyi bəyan edib ki, ikili vətəndaşlığı ilə hərbi xidmət keçməli olan ukraynalılar bundan sonra ölkəni tərk edə bilməyəcəklər və onlar Ukrayna Silahlı Qüvvələrinin sıralarına çağırıla bilərlər. Bu dəyişiklik 2024-cü il iyunun 1-dən qüvvəyə minib.
Alpər