
İkinci Dünya Müharibəsi zamanı 1944-cü ildə Varşavada faşistlərə qarşı baş vermiş üsyanın yeni görüntüləri ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, həmin görüntülər yenidən rəngləndirilərək sənədli film şəklinə salınıb.
1944-cü ildə Varşavada alman ordusuna qarşı üsyan 63 gün davam etmişdi. 200 Polşa Xalq Ordusunun üzvləri, müxtəlif partizan qrupları və Varşava əhalisinin qatıldığı üsyan almanlar tərəfindən amansızcasına yatırılmışdı.
Üsyan nəticəsində yüz minlərlə insan ölmüşdü. Lakin bu üsyan almanlara ağır itkilər hesabına başa gəlmişdi və onların Polşadan çıxmasını sürətləndirdi.
Həmin görüntülərdə yer alanlardan biri də polyak üsyançı Vitold Kriesundur. Hazırda 91 yaşında olan Kriesun həmin üsyandan sağ çıxan az saylı insanlardandır.
Qaynar.info













