Xəbər lenti

İlahiyyat İnstitutunun tələbələrinə xüsusi geyim veriləcək (AÇIQLAMA)
Ölkə10:42 06.08.2018

İlahiyyat İnstitutunun tələbələrinə xüsusi geyim veriləcək (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yüksək ixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan Azərbaycan İlahiyyat İnstitutunda təhsil pulsuzdur.
Bu barədə Qaynarinfo-ya İlahiyyat İnstitutundan məlumat verilib. İnstitutda 35 yer islamşünaslıq, 25 yer isə dinşünaslığa ayrılıb. Tələbələr həmçinin aylıq təqaüdlə, geyimlə təmin olunacaqlar. Məzun olacaq abituriyentlərin işlə təmin olunması da nəzərdə tutulub.
İnstitutun baş müəllimi Aqil Şirinov saytımıza açıqlamasında bildirib ki, instiutda təhsil alacaq tələbələrin geyim formaları tam dəqiqləşdirilməyib, amma geyimlər dünyəvi təhsil sisteminə uyğun olacaq.
"Heç bir məcburiyyətdən və dini geyimdən söhbət gedə bilməz. Biz dünyəvi dövlətik və İlahiyyat İnstitutu da dünyəvi təhsil müəssisələri kimidir".
Çingiz Səfərli