Xəbər lenti

İlan adasının müdafiəçiləri əsir götürülüb
Dünya13:36 28.02.2022

İlan adasının müdafiəçiləri əsir götürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya məxsus İlan adasının müdafiəçiləri əsir götürülüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb. 
"Qardaşlarımızın sağ və hər şeyin qaydasında olduğunu duymaqdan çox məmnunuq”, deyə HDQ-nin məlumatında deyilir. 
Bildirilir ki, Rusiyanın təbliğat maşını Ukrayna hakimiyyətinin guya tabeliyində olanlarını "unutduğu”, "dəfn etdiyi” barədə "fake" xəbərlər yaymağa çalışır. Məlumatdan aydın olur ki, İlan adasını müdafiə edən ukraynalı dəniz piyadaları iki dəfə rus hərbçilərinin hücumunu dəf edib. "Lakin sursat çatışmazlığı səbəbindən adanın müdafiəsini davam etdirə bilməyiblər", məlumatda deyilir.
Məlumatda qeyd olunub ki, rus hərbçiləri adanın infrastrukturunu - mayak, qüllələr, antenalar və s. tamamilə məhv ediblər. Buna baxımdan, ada ilə əlaqə kəsilib: "Şəxsi heyətlə əlaqə saxlamaq və onların taleyini öyrənmək üçün dəfələrlə edilən cəhdlər nəticəsiz qaldı və Rusiya Federasiyasının hərbi gəmiləri və təyyarələrinin davamlı atəşə tutulması dəniz piyadalarına yardım çatdırılmasına mane oldu”.
Seyid