Xəbər lenti

İlham Əliyev Almaniya Bundestaqının qətnaməsini pislədi
Ölkə12:43 03.06.2016

İlham Əliyev Almaniya Bundestaqının qətnaməsini pislədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik".

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırmla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, belə bir qətnamən qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər.

O, həmçinin xatırladıb ki, dünən Almaniya parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı və pislədi: "Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir".

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyə ilə birliyini gücləndirəcək: "Biz gələcəkdə birliyimizi gücləndirəcəyik. Bütün böhranlara, krizlərə baxmayaraq, iqtisadiyyatı inkişaf edir, Türkiyə güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Biz bütün sizin uğurlarınza öz uğurlarımız kimi sevinirik. Bugünkü səfər və görüşlər, müzakirələr əminəm ki, gələcək illər üçün də gözəl şərait yaradacaq".

Qaynarinfo.az