
Azərbaycan prezidenti İlham Əliyev Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santosa başsağlığı məktubu ünvanlayıb.
Qaynar.info-nun məlumatına görə, məktubda İ. Əliyev bildirib ki, böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirib: “Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Qaynar.info