"Mən müxalifətə məsləhət verə bilmərəm. Amma xalqa deyə bilərəm ki, Levon Ter-Petrosyandan tutmuş Serj Sarkisyana qədər, kim nə talayıbsa, büdcəyə qaytarılmasını tələb etsinlər".
Qaynarinfo xəbər verir ki, bunu İrəvan sakini ragir.news-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev illər ərzində müasir silahlar alıb, ordunu gücləndirib. Ermənistan rəhbərləri isə ölkəni talamaqla məşğul olub:
"İlham Əliyev 30 il ərzində müasir silahlar aldı, vaxtaşırı gücünü nümayiş etdirdi, əlindən gələni etdi, gördü ki, müqavimət yoxdur, istədiyinə nail oldu. Bizim əvvəlki rəhbərlik üzündən isə gənclərimiz, qızlarımız ailə həyatı qurmaq imkanını itirdi. Bizi birlik xilas edəcək, qu quşları, xərçəngkimilər, canavarlar həyatda uğur qazana bilmədilər. Səhv birdən düzəlmir. Harda iş var, orda nöqsan olacaq. Amma korrupsiya, rüşvət bizi çox pis vəziyyətə saldı".
"Zabitlər korpusunda gözəl erməni qızları oxuyur, buna görə utanmırıqmı? Bütün dünya baxır. İllər əvvəl orada çoxlu sayda bilikli oğlanlar oxuyurdu, oxumaq üçün müsabiqədən keçməli idilər. İndi isə vəziyyət çox fərqlidir", deyə İrəvan sakini bildirib.