Xəbər lenti

İlham Əliyev muzeyə saxsı qab hədiyyə etdi - FOTO
Ölkə11:57 02.10.2014

İlham Əliyev muzeyə saxsı qab hədiyyə etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib.

ANN.Az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, muzeyin direktoru Nailə Vəlixanlının sözlərinə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilib.

Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

Qaynar.info