
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.
Qaynar.info Azər TAC-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycanla Gürcüstanın birgə həyata keçirdikləri qlobal iqtisadi layihələrin önəmi qeyd edilib. Dekabrın 17-də “Şahdəniz -2” üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla icra olunduğu bildirildi, enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qaynar.info