Xəbər lenti

İlham Əliyev dörd vitse-prezidenti vəzifəsindən azad etdi (SƏRƏNCAM)
Ekonomiks10:27 19.07.2021

İlham Əliyev dörd vitse-prezidenti vəzifəsindən azad etdi (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentini vəzifəsindən azad edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov şirkətin vitse-prezidenti,  Bəhram Bəhlul oğlu Hüseynovu geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti, Tofiq Ridvan oğlu Qəhrəmanov isə strateji inkişaf üzrə vitse-prezidenti,  David Niyazi oğlu Məmmədov isə emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.