Xəbər lenti

İlham Əliyev yeni universitetin yaradılmasına sərəncam verdi
Ölkə16:46 01.02.2013

İlham Əliyev yeni universitetin yaradılmasına sərəncam verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali təhsil ocağı İnformasiya Texnologiyaları Universiteti adlanacaq

Bu gün prezident İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Qaynar.info xəbər verir ki, sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar dövlət büdcəsindən vəsaitin ayrılmasını nəzərdə tutsun; universitetin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

Sərəncamda Təhsil Nazirliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanmasını təmin etmək tapşırılıb.