Xəbər lenti

İlham Əliyevə forma bağışlayan futbolçu Şakiraya qonşu olur -FOTO
Dünya07:07 17.07.2015

İlham Əliyevə forma bağışlayan futbolçu Şakiraya qonşu olur -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə millisinin ulduz futbolçusu Arda Turan "Barselona"lı futbolçu Pikeyə qonşu olur.

Anspress-in məlumatına görə, İspaniyanın "Atletiko Madrid" klubundan Kataloniya təmsilçisinə transfer olan türk futbolçu Barselona şəhərində özünə ev axtarışına çıxıb. Futbolçuya kömək üçün hərəkətə keçən Pike isə doğma şəhərində Ardaya ən yaxşı evi tapmağa səy göstərib. 

İspaniya mətbuatının iddiasına görə, Pike Arda ilə qonşu olmaq üçün ona, qaldığı yerə yaxın bölgədən ev axtarmağa başlayıb. İspan futbolçunun Ardaya ev tapacağı təqdirdə Pikenin həyat yoldaşı, tanınmış müğənni Şakira ilə Ardanın sevgilisi Aslıhan Doğan da dolayısı yolla qonşu olacaq.

Şakira-Pike cütlüyünün Arda və Aslıhan Doğanı evlərinə yeməyə çağırıb. Məşhur müğənni Şakiranın Aslıhan Doğana Barselonanı gəzdirməyi planlaşdırdığı və şəhərə öyəşməsi üçün köməklik göstərəcəyi deyilir. 

Arda-Aslıhan Doğa və cütlüyü Şakira-Pike 

Arda Turanın sosial şəbəkədə paylaşdığı foto da iddiaların doğru olduğunu təsdiq edib. Pikenin ona ev axtarmağa başladığını yazan Arda "Tanıdığım ən yaxşı daşınmaz əmlak agentidir. Mənə yoldaşlıq edib, kömək etdiyin üçün çox təşəkkürlər qardaşım" deyə bildirərək şayiələri təsdiqləyib.

Pike və Arda Turan Barselonada ev axtarır

Xatırladaq ki, Arda Turan 2013-cü ildə Azərbaycana səfər edib. O, zaman futbolçu Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, hətta prezidentə “Atletiko" Madridin formasını hədiyyə edib.

Qaynar.info