Xəbər lenti

İlham Əliyevin imzatoplama kampaniyasına start verildi
Siyasət07:15 12.08.2013

İlham Əliyevin imzatoplama kampaniyasına start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib.

YAP-dakı mənbədən Trend-ə bildiriblər ki, partiyanın rayon və şəhər təşkilatlarının iclasları keçirilərək ölkə üzrə namizədin imzatoplama kampaniyasına başlanılıb.

Qeyd edək ki, MSK artıq Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyini təsdiq edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Qaynar.info