Xəbər lenti

İlham Əliyevin Putinlə telefon danışığının şok səbəbi
Siyasət10:00 24.06.2014

İlham Əliyevin Putinlə telefon danışığının şok səbəbi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Lavrov İrəvana Ermənistanı dilə tutmağa getmişdi”. 

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Lavrovun Ermənistan səfərinin nəticələrini şərh edərkən söyləyib. O, Lavrovun İrəvana lazımi səviyyədə təzyiq göstərmədiyini bildirib: 

“Lavrov İrəvana Ermənistanı dilə tutmağa getmişdi. Amma proseslər sırf danışıqların ssenarisinə uyğun getmir. Çünki Lavrovun burada və İrəvandakı açıqlamaları onu göstərir ki, o, Ermənistana təzyiqi lazımi səviyyədə göstərmir. Ən azından ya Putinin təlimatlarına uyğun hərəkət etmir, ya da edə bilmir. İlham Əliyevin Putinlə telefon danışığı yəqin ki, prosesi korrektə etməyə xidmət edir. Görünür, Lavrovun öz prezidentindən əlavə təlimatlar almağa ehtiyacı var. Ollandın da danışıqlara qoşulması ilə bağlı məsələnin ortaya atılması Putinlə əldə edilmiş razılaşmanın məntiqindən kənardır. Hər halda, proses gedir və bunun sonunda beynəlxalq hüquq normaları çərçivəsində konsensusun əldə olunması üçün xüsusi səylərə ehtiyac var”. 

Politoloq hələlik danışıqların Azərbaycanla razılaşdırılmış qaydalarla aparılmadığını söyləyib: “Rusiya öz strateji müttəfiqinə birdən-birə təzyiq göstərmək istəmir. Hələ ki, danışıqlar prosesi Azərbaycanla razılaşdırılmış qaydalarla deyil, müəyyən korrektələrlə aparılır. Prezidentin Sərkisyanla görüşə razılıq verməsi də burada əldə olunmuş razılıqla bağlı ola bilər. Çünki İlham Əliyev görüş xətrinə görüş keçirməyəcəyi ilə bağlı mesaj vermişdi. İndiki zamanda bunun üçün zəmin yaranıb. Hələlik Dağlıq Qarabağ ətrafındakı rayonların mərhələ-mərhələ qaytarılması məsələsi gündəmdədir. Mənə elə gəlir ki, prezidentlərin növbəti görüşündə də buna diqqət ediləcək. Proseslərin indiki gedişi onun sonu ilə bağlı ümidlər oyadır”. 

Qaynar.info