
"Bunu Vladimir Putunun Azərbaycan Prezidentinə növbəti zənglərindən biri hesab etmək olar".
BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu iki ölkə - Azərbaycan və Rusiya prezidentlərinin arasında olan telefon zənginin nəticələrindən danışarkən deyib. Politoloq hesab edir ki, Vladimir Putun artıq təzyiqlərindən də əl çəkib:
"Türkiyə Azərbaycana kifayət qədər dəstək verir. Zənnimcə, Putin sadəcə vəziyyət barədə məlumat toplamağa çalışıb. Yəqin ki, Putin yenə "nə qədər savaş tez bitsə, bir o qədər ölkə üçün yaxşı olar" fikirini ifadə edib. Dövlət başçısı İlham Əliyev məlum şərtini Putinə təkrar xatırladıb ki, Ermənistan qoşunlarını Qarabağdan çıxartsın, hansı bölgədən nə vaxt çıxacağına dair qrafik versin. O zaman müharibə də dayanar, atəşkəsə də riayət olunar".
Elxan Şahinoğlunun fikrincə, tələb olunan qrafik verilməyəcəyi təqdirdə belə telefon zənglərinin əhəmiyyəti də olmayacaq.
Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.
Bahar Rüstəmli