Xəbər lenti

İlham Əliyevlə Serj Sarkisyan görüşdü - FOTO/VİDEO
Siyasət05:36 05.09.2014

İlham Əliyevlə Serj Sarkisyan görüşdü - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu dəfə görüşün təşəbbüskarı ABŞ olub


Britaniyanın Nyuport şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerrinin üçtərəfli görüşü başa çatıb. News.am-ın verdiyi məlumata görə, görüş Amerika tərəfinin təşəbbüsü ilə keçirilib.

ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının alternativinin olmadlğını bəyan edib. O, tərəfləri münaqişə zonasında gərginliyi azaltmaq və qarşılıqlı etimadı möhkəmləndirməyin mexanizmini tapmağa çağırıb.

Con Kerri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin siyasi iradəsi çox vacibdir. //Musavat.com

Qaynar.info