Xəbər lenti

İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı
Ölkə06:32 09.12.2017

İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsiylə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ölkə.Az-a açıqlamasında O.Nadirovun həyat yoldaşı Arifə Nadirova bildirib: "Orxan hazırda rayondadır. Yayılan xəbərlər isə yalandır”.
Qeyd edək ki, dekabrın 8-də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.
Bildirilib ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur.