Çili xalqı solçu siyasətçi Qabriel Boriçi prezident seçib. 2011-ci ildə bütün ölkəni bürümüş tələbələrin pullu ali təhsilə qarşı kütləvi etirazlarının təşkilatçılarından biri olan keçmiş tələbə liderinin cəmi 35 yaşı var.
Beləliklə, Boriç Çilinin ən gənc prezidenti olacaq.
Qaynarinfo BBC News-a istinadla xəbər verir ki, Boriç seçkilərə "Mən Ləyaqəti Təsdiqləyirəm” sol qüvvələrin koalisiyasından irəli sürülüb və ikinci turda respublikaçıların nümayəndəsi Xose Antonio Kastanın 55%-dən bir qədər çox səsi ilə üstələyib. 44% səs toplayan sağçı namizəd qalibi təbrik edərək artıq məğlubiyyətini etiraf edib.
Hazırkı prezident Sebastyan Pinyera da "üsyançı”nı qələbə münasibətilə təbrik edib.
Pulsuz təhsil, abortun leqallaşdırılması, hüquq-mühafizə sistemində islahatlar, mis hasilatı üçün qonorar və sərvət vergisinin tətbiqi üçün kampaniya aparan Boriçin andiçmə mərasimi martın 11-də keçiriləcək.
Alpər
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//