"Şimali Amerikada ilin minik avtomobili və yolsuzluq avtomobili" müsabiqəsinin münsiflər heyəti qələbəyə iddiaçıların qısa siyahısını dərc edib.
Əvvəlcə ən yaxşı avtomobil adı üçün 29 minik və 19 yolsuzluq avtomobili mübarizə aparırdılar, amma indi onların sayı hər kateqoriyada 12 nümayəndəyə qədər azalıb.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, minik avtomobillərinin arasında qələbə üçün müsabiqənin növbəti mərhələsində bu avtomobillər mübarizə aparacaq:
BMW 4-Series Cadillac CTS Chevrolet Corvette Stingray Chevrolet Impala Infiniti Q50 Jaguar F-Type Kia Cadenza Lexus IS Mazda3 Mazda6 Mercedes-Benz CLA Toyota Corolla
Ən yaxşı yolsuzluq avtomobili və ya praktik avtomobil adına bu avtomobillər iddia edirlər:
Acura MDX BMW X5 Buick Encore (Avropada – Opel Mokka) Chevrolet Silverado GMC Sierra Hyundai Santa Fe LWB Jeep Cherokee Kia Sorento Range Rover Sport Nissan Rogue Subaru Forester Toyota Tundra
Qalib 2014-cü ilin yanvarında Detroyt motorşousunda elan ediləcək.
Ən yaxşı minik avtomobili kimi 2013-cü ildə sedan Cadillac ATS seçilmişdi. Yolsuzluq avtomobilləri arasında Ram 1500 pikapı qalib gəlmişdi. Qaynar.info