Xəbər lenti

İlin ən böyük Günəş diskini görəcəyik
Dünya 12:05 04.01.2025

İlin ən böyük Günəş diskini görəcəyik

Bu gün Yer perihelidə, Günəşə ən yaxın məsafədə olacaq.

Bu barədə Moskva Planetariumunun saytında bildirilib.

Bu hadisə 2025-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyə imkan verəcək.

Astronomlar həmçinin qeyd ediblər ki, bu il iki Ay və iki Günəş tutulması gözlənilir. Ay tutulmaları martın 14-ü və sentyabrın 7-də, qismən Günəş tutulması isə martın 29-u və sentyabrın 21-də baş verəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->