Xəbər lenti

İlin ən çox satılan kitabı məlum oldu
Dünya19:17 07.12.2016

İlin ən çox satılan kitabı məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Harri Potter və Lənətlənmiş uşaq" kitabı ilin bestselleridir.

2016-cı ildə Amazon online satış saytında ən çox satılan kitab "Harri Potter və Lənətlənmiş uşaq" kitabı olub.

Bu kitab əsasında bu ilin yayında səhnəyə qoyulmuş pyes Londonda böyük səs-küyə səbəb olub. Pyes rejissor Con Tiffani tərəfindən tamaşaya qoyulub. Ssenarist Cek Torn pyesi Harri Potter kitablarının müəllifi Coan Roulinqin orijinal ideyası əsasında yazıb.

Bestsellerlər siyahısının ikincisi neyro-cərrah Pol Kalanitini “Nəfəs havaya çevriləndə” adlı memuarı, üçüncüsü isə Con Qrişemin “Xəbərçi” əsəridir. (AzNews.az)

Qaynarinfo.Az