Xəbər lenti

İlin ən ruhlandırıcı cazibədar qadını - FOTOLAR
Dünya10:24 25.02.2015

İlin ən ruhlandırıcı cazibədar qadını - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gözəlliyi dillərə dastan olmasa da, bütün qadınlar onun paxıllığını çəkir. 

Çünki onun uğurlu karyerası və xoşbəxt ailə həyatı var. Öz tərzi ilə dünyanın ən sevilən modelyerlərdən birinə çevrilən bu xanımın stilinə laqeyd yanaşmaq mümkün deyil. Uğurlu karyerası bir yana, kim istəməz ki, onun kimi yaraşıqlı əri olsun? Söhbət Viktoriya Bekhemdən gedir.

Devid Bekhemin həyat yoldaşı Viktoroya Bekhem 4 uşaq anası, modelyer və əsl stil ikonasıdır. Bütün bu xüsusiyyətlərinə görə Viktoriya ən ruhlandırıcı qadın seçilib. Viktoriya "Grazia" jurnalının keçirdiyi həmin sorğuda ən tanınmış dəb ilahələrini arxada qoyub. 

Tabloid.az "Grazia" jurnalının apardığı sorğu nəticəsində müxtəlif kateqoriyalarda ən çox ilham verən məşhur qadınların syahısını təqdim edir:

Dəb kateqoriyasında: Viktoriya Bekhem

Mədəniyyət kateqoriyasında: Lena Dunham

Əyləncə kateqoriyasında: Emma Uatson

Siyasət kateqoriyasında: Malala Yousafzay

İdman kateqoriyasında: Jessica Ennis Hil

Texnologiya kateqoriyasında: Zoe Suq (Zoella)

Qaynar.info