Xəbər lenti

İlin gəlini türk qızı oldu -FOTOLAR
Dünya08:44 15.09.2013

İlin gəlini türk qızı oldu -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin böyük oğlu Yuan Bleyerin toyu olub.

Qaynar.info-nun Anspress-ə istinadən verdiyi xəbərə görə, cütlülklərin toyu şənbə günü (dünən) nazirin 2008-ci ildə 4 898 milyon funt-sterlinqə (6 milyon azn) aldığı “South Pavilion” malikanaəsində reallaşıb. Yuan Bleyer Ankaranın sabiq dövlət naziri və bələdiyyə başçısı Məhmət Altınsoyun nəvəsi ilə evlənib.

29 yaşlı Yuan Bleyer özündən 4 yaş kiçik olan Suzanna Aşmanla 8 ildir ki, yaxın münasibətdədir. 25 yaşlı Süzanna Aşman və 29 yaşlı Yuan Bleyerin nikah mərasimi “Bakinhemşir"dəki kilsədə baş tutub. Mərasimə kifayət qədər tanınmış rəsmi şəxslər qatılıblar. Təhlükəsizlik tədbirləri ilə əlaqədar dəvətlilər siyahısının adları açıqlanmayıb. Bildirilir ki, gənc cütlük toydan sonra Toni Bleyerə aid “South Pavilion” malikanəsində yaşayacaq.

Qaynar.info