Xəbər lenti

İlin sonuna neft 100 dollar olacaq - qərbli ekspert
Ekonomiks19:38 20.01.2015

İlin sonuna neft 100 dollar olacaq - qərbli ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlin sonunadək neftin dünya bazarında qiyməti bir barel üçün 80-90 dollar olacaq, hətta mümkündür ki, 100 dollara çatsın. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir nikbin proqnozla “Shell oil” şirkətinin keçmiş prezidenti Con Xofmeyster çıxış edib.
Onun fikrincə, bir müddət sonra bazarlar yuxudan ayılacaq və o zaman tələb təklifi xeyli dərəcədə üstələyəcək – necə ki, 2009-cu ildə belə olmuş, neft analitiklərin proqnozlaşdırdıqlarından da sürətlə bahalaşmışdı. 
Beynəlxalq Valyuta Fondunun proqnozu isə bu xüsusda daha pessimistdir: qurumun ekspertlərinə görə, neft 2015-ci ildə ortalama 56,73, 2016-cı ildə isə 63,88 dollar dəyərində olacaq. 2014-cü ildə orta rəqəm 96,26 dollar olub. 
Bu informasiya təşkilatın dünya iqtisadiyyatının yaxın perspektivləri haqda hesabatında əksini tapıb.
Qaynar.info