Amerikanın ilk "Abrams” tankları sentyabrın ortalarında Ukraynaya gələcək.
Qaynarinfo
xəbər verir ki, "Politico"nun məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna vəd olunmuş 31 tankdan ilk 10-unu sentyabrın ortalarında alacaq.
Qərb rəsmiləri ümid edirlər ki, tankların gəlişi Kiyev qüvvələrinə Rusiyanın şiddətli müdafiəsini çətin bir əks-hücumda yarmaq üçün lazım olan üstünlüyü verəcək.
Pentaqonun sözçüsü nəşrə bildirib ki, Ukrayna üçün onlarla tank hazırda Almaniyada yekun rekonstruksiyadan keçir. Bundan sonra 70 tonluq Abrams Ukraynaya gedəcək.
Pentaqonun sözçüsü polkovnik Martin O'Donnell konkret tarixlər verməkdən imtina edərək, "ABŞ Ukraynaya payıza qədər 31 tankın çatdırılmasını sürətləndirməyə sadiqdir", - deyib.
ABŞ ümid edir ki, "Abrams” Ukraynaya ərazini geri almaq uğrunda mübarizədə üstünlük verməyə kömək edəcək. Bir qrup Ukrayna hərbçisi Amerika tankları üzrə təlim proqramını başa vurub. 200-ə yaxın ukraynalı ABŞ ordusunun Almaniyadakı poliqonlarında təlim tankları üzrə hazırlıq keçib.
Alpər