Xəbər lenti

İllər sonra atom bombası: Pentaqon 14 milyard dollar axtarır
Dünya09:57 31.07.2020

İllər sonra atom bombası: Pentaqon 14 milyard dollar axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon mövcud silah inventarına yeni bir nüvə silahı əlavə etmək üçün ABŞ rəsmilərini maliyyələşmə məsələsində razı salmaq istəyir.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "W93" olaraq bilinən nüvə raketi başlığının "W76" və "W88"i dəstəkləməsi və bəzi nöqtələrdə istismar müddətini başa vurmaqda olan silahların yerini alması planlaşdırılır. Proqramın tam maliyyətinin ən az 14 milyard dollar olacağı ehtimal edilir.
Qeyd edək ki, bu ay ABŞ Prezidenti Donald Trampın 2021-ci maliyyə ilində Mark 7 raket başlığının çalışmalarına başlanması üçün 53 milyon dollarlıq tələbi rədd edililib. Lakin qərar Senatda müzakirəyə çıxarılmayıb.
Camal