Amerikalı sahibkar İlon Mask ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensi öz mövqeyində ən yaxşısı adlandırıb və onun ABŞ-ın gələcək prezidenti ola biləcəyini təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə iş adamı X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İndiyə qədərki ən yaxşı vitse-prezident və gələcək prezidentimiz", deyə Mask bildirib.
Bu ilin əvvəlində Vens ABŞ-ın vitse-prezidenti olmaq üçün Ohayodan senator vəzifəsini tərk edib. Fevral ayında Münhen Təhlükəsizlik Konfransında çıxış edən Vens bildirib ki, avropalı siyasətçilər öz seçicilərindən qorxsalar, ABŞ Avropaya kömək etməyəcək.
Onun sözlərinə görə, Avropa sakinləri nəzarətsiz miqrasiya istəmirlər. Vens çıxışı zamanı onu da bildirib ki, Rusiya və Çin Avropa üçün əsas təhlükə deyil. Münhen Konfransının iştirakçıları vitse-prezidentin çıxışını praktiki olaraq alqışsız dinləyiblər.
Aydın
Şərhlər