Sahibkar İlon Mask 2020-ci il ABŞ prezident seçkilərində Co Baydenə səs verib.
Qaynarinfo xəbər verir ki, bununla belə indi o, CNBC-yə müsahibəsində "normal bir insanın" ölkənin başında dayanmalı olduğuna inandığını
söyləyib.
Belə ki, o, teleaparıcı Devid Faberin 2020-ci ildə etdiyi seçimdən peşman olub-olmaması ilə bağlı sualına münasibət bildirib. "Dostum, kaş prezident normal insan olaydı. İstədiyim budur”, - deyə Mask cavabında bildirib. O, həmçinin "Bizə Harvard professorları tərəfindən deyil, telefon kitabçasından təsadüfi seçilmiş insanların rəhbərlik etməyi üstün tuturuq” fikrini də xatırladıb və bu fikrin müdrik olduğunu qeyd edib.
Aparıcı Maskdan indi Baydendən narazı olub-olmadığını soruşduqda o, suala belə cavab verib:
"Biz hamımız normal bir insanın prezident olmasını istəmirikmi?”
Faber daha sonra Maskdan "normal insan”ın nə demək olduğunu aydınlaşdırmasını istəyib və bunun səriştə ilə bağlı olduğunu irəli sürüb.
"Bəli, məncə, mütləq <…>. Prezident ölkənin faktiki icra hakimiyyətinin başçısı olduğu üçün onun yaxşı icraçı direktor olub-olmaması bizim üçün həqiqətən önəmlidir. Söhbət təkcə onların sizin inanclarınızı bölüşüb-bölüşməməsi deyil, həm də onun nəyisə necə edəcəyini bilməsi ilə bağlıdır. Hər gün qəbul ediləcək çoxlu qərarlar var. Onların bir çoxu əxlaqi inanclarla bağlı deyil. Bizə sadəcə yaxşı bir liderə, Amerikanın baş direktoruna ehtiyacımız var”, - deyə Mask cavabında bildirib.
Alpər