Xəbər lenti

İlon Mask Kanadanı
Dünya 15:31 25.02.2025

İlon Mask Kanadanı "saxta ölkə" adlandırdı

ABŞ-əm Hökumət Effektivliyi Departamentinin ("DOGE") rəhbəri olan amerikalı milyarder İlon Mask Kanadanı "saxta ölkə" adlandırıb. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Kanada əsl ölkə deyil", deyə Mask bildirib.

Milyarder Kanadada ölkənin maraqlarına zidd hərəkət etdiyi, seçkilərə müdaxilə etdiyi, habelə ABŞ-ı nəzərdə tutan suverenliyi "əldən salmağa çalışan" xarici hökumətin üzvü olduğu üçün onun yerli vətəndaşlıqdan çıxarılmasını xahiş edən petisiyaya kütləvi şəkildə imza atılması xəbərinə belə reaksiya verib.

Bundan əvvəl İlon Mask Volodimir Zelenskinin artıq Ukrayna prezidenti postunu tutmadığını bəyan edib. O, həmçinin vurğulayıb ki, Zelenski Ukraynadakı prezident seçkilərində sarsıdıcı məğlubiyyət alacağını anlayır və buna görə də onları keçirmək istəmir. Biznesmen "Kiyev rejiminin başçısı"na hər halda seçki keçirməyi və onun sözlərini təkzib etməyi təklif edib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->