Məşhur amerikalı milyarder İlon Mask Kaliforniyada yerləşən evlərindən birini 29 milyon dollara satıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Wall Street Journal” məlumat verib.
Qəzetin yazdığına görə, bu obyekt otuz milyon dollara ötən ay satışa çıxarılıb. Tesla və SpaceX-in qurucusu bu evi səkkiz il əvvəl 17 milyon dollara "Canyon Capital” hedc fondunun qurucularından biri Mitşel Culisdən alıb.
Eyni ərazidə Maskın daha beş mülkü var.