Xəbər lenti

İlon Mask Marsda ilk şəhərin adını nə qoyacağını açıqladı
Dünya 21:55 04.07.2024

İlon Mask Marsda ilk şəhərin adını nə qoyacağını açıqladı

"SpaceX" və "Tesla"nın baş direktoru İlon Mask Marsdakı ilk şəhəri "Bar" adlandıracağını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

X sosial şəbəkəsinin istifadəçilərindən biri Marsda ilk şəhəri necə adlandıracaqları ilə bağlı yazı dərc edib. "Bar" deyə amerikalı milyarder yazıya şərh yazıb.

Daha sonra bəzi istifadəçilər qırmızı planetdəki ilk şəhər üçün öz adlarını təklif etməyə başlayıb: İlonqrad, Elonvil, Maskelon, Muskburq və ya İlonobad.

Aprel ayında İlon Mask Marsın kolonizasiyası ilə bağlı təxmini planını paylaşmışdı. Planetdə yerləşim üçün baza nəhəng "Starship 3" raketi olacaq. İş adamının sözlərinə görə, onun şirkətinə Marsa yerləşim üçün təxminən 20 il vaxt lazım olacaq - bu müddət ərzində qırmızı planetə bir milyona yaxın insan göndərilə bilər. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->