Bir
çoxları İlon Maskın Marsı fəth etmək niyyətləri barədə məlumatlıdır. Bir neçə
gün əvvəlsə SpaceX direktoru Qırmızı Planetə ilk Starship uçuşunun 2024-cü ildə
reallaşacağını və indi SpaceXin Marsda orbitli Starlink peyklərini quracağını deyib.
Qaynarinfo
xəbər verir ki, SpaceX prezidenti və COO Qvin Şotvel TIME-a verdiyi son müsahibəsində
şirkətin Marsda Starlink peyk sistemini işə salmaq niyyətini açıqlayıb. Şotvel şirkətin
insanları Marsa apardığı vaxt rabitə şəbəkələrinə ehtiyac olacağını bildirib.
"Əslində,
Starlink kimi bir şəbəkənin Mars yaxınlığında olmasının Yer üzündə olduğundan
daha vacib olduğuna inanıram. Ancaq yalnız Mars ətrafında bir peyk sistemi
yaratmaq kifayət olmayacaq. Və sonra, əlbəttə ki, iki planeti birləşdirməyimiz
lazım olacaq. Biz Marsla Yer arasında etibarlı bir mobil əlaqə haqqında düşünəcəyik”,
- Şotvel əlavə edib.
SpaceX
prezidenti Marsın gələcək kolonizasiyası barədə nə düşündüklərini də dilə gətirib:
"İnsanları Günəş sistemindəki qalan planetlərə köçürməkdən danışarkən heç də dünya
ilə bağlı ümidlərin itdiyini iddia etmirik. Həqiqətən, yerdəyişmə insanlara Yerdə
bir fəlakət hadisəsi baş verəcəyi halda şans verir. Yerdəyişmə insan cəmiyyətini
başqa bir - ikinci dünyada yaşamağa imkan verərək xilas edə bilər”.
Şotvel
son illərdə SpaceX-in texniki baxımdan güclü liderliyə sahib olduğunu vurğulayıb.
O, ilk dəfə 2002-ci ildə İlon Maskın Yer və Marsı birləşdirən nəqliyyat sistemi
inkişaf etdirməyi qarşısına məqsəd qoyduğunu xatırladır və artıq 20 ildən sonra
SpaceX-in demək olar bu hədəfə çatdığını deyir.
Alpər
Şərhlər