Xəbər lenti

İlon Maskın şirkəti çökür: İki həftədə 94 milyard itki
Dünya 13:14 14.01.2024

İlon Maskın şirkəti çökür: İki həftədə 94 milyard itki

"Tesla" 2024-cü ilin ilk iki həftəsində bazar dəyərini 94 milyard dollar itirib ki, bu da İlon Maskın şirkətinin birjaya çıxmasından bəri ən pis göstəricisidir. 

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Amerika şirkətinin səhmlərinin dəyərinin sürətlə aşağı düşməsi Çindən rəqabətin artması və avtomobillərə tələbatın azalması ilə bağlıdır.

Qeyd edilir ki, "Tesla" 2023-cü ildə kapitallaşmasını iki dəfə artırıb, lakin ən böyük avtomobil icarəsi oyunçularından biri olan "Hertz Global Holdings Inc"in elektrikli avtomobillərdən imtina etməsi ilə bağlı xəbərlərindən sonra şirkətin səhmləri kəskin şəkildə aşağı düşüb.

"Tesla" ilə bağlı investorları narahat edən əsas məsələ elektrik avtomobil bazarında artımın durğunluğudur", deyə "Bloomberg Cowen" analitiki Cefri Osborn bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->